““Azərsilah” Azərbaycan Ordusunu tam şəkildə silah-sursatla təmin edir ki, bu da Bakıya hər an döyüşlərə başlamağa imkan verir. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
““Azərsilah” bu gün Azərbaycan Ordusunu tam şəkildə silah-sursatla təmin edir. Buna görə biz hər an döyüşlərə başlaya bilərik”, - deyə nazir AzTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, “Azərsilah”ın müəssisələri yüksək səviyyədə müxtəlif təyinatlı silahlar, pilotsuz uçan aparatlar istehsal edir, zirehli texnika və bir çox digər texnikanın modernləşdirilməsini həyata keçirir.
Z.Həsənov, həmçinin ordu quruculuğu və hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində islahatlara da toxunub. “Bu il hərbi hissələrin yenidən qurulması 90% başa çatdırılacaq. Gələn il bu rəqəmi 100%-ə çatdırmaq istəyirik. Zabitlər üçün hərbi hissələrin yaxınlığında xidməti mənzillər tikilir. 20 ildən artıq xidmət etmiş hərbçilərə isə dövlət tərəfindən mənzil veriləcək”, - deyə o vurğulayıb.*
F.İsazadə