Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən rayonunda avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 8,5 mln. manat ayırmağı tapşırıb.
Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolu üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov