Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün komitəyə 0,5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
N.Abbasova