Yanğından sonra konstrukriyaları zərər görmüş “Diqlas” ticarət mərkəzi bərpa olunmayacaq. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, yanğından sonra konstrukriyaları zərər görmüş “Diqlas” ticarət mərkəzi bərpa olunmayacaq. Bununla əlaqədar, ticarət mərkəzi söküləcək”, - məlumatda deyilir.
"Diqlas" ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib.
FHN-in ilkin qiymətləndirmələrinə görə, yanğına səbəb mərkəz rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması olub. Binada daxili yanğınsöndürmə sistemləri olmayıb. Yanğının miqyasına baxmayaraq, heç kəs xəsarət almayıb.
Fövqəladə hallar naziri qeyd edib ki, ticarət mərkəzində yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, yanğın zamanı 441 sahibkar zərər çəkib. **
B.Rüstəmbəyov