Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda hər hansı bir təklifi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə etməyə hazırdır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Biz danışıqlara açıqıq və bütün təklifləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə etməyə hazırıq. Yeganə şərt hərbçilərin (erməni - İF) kazarmalara qayıtmasıdır, çünki hərbçilərin olduğu yerdə yeni çətinliklər yarana bilər", - deyə E.Məmmədyarov Brüsseldə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan 2019-cu il martın 29-da Vyanada «3+2» formatında baş tutmuş danışıqlarda humanitar məsələləri müzakirə ediblər. "Bu istiqamətdə biz (Azərbaycan və Ermənistan - İF) təmas yolları tapa bilərik”, - deyə XİN başçısı qeyd edib.
O, ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyana görüşünün yekunları üzrə yaydığı bəyanatdan üç saat sonra Ermənistan müdafiə naziri David Tonayanın verdiyi qəribə bəyanatı (Nyu-Yorkda, yeni ərazilər uğrunda müharibə - İF) anlamadağını diqqətə çatdırıb.
"Sual yaranır ki, kim kimi idarə edir? Bir tərəfdən çox müsbət bəyanatlar səsləndirilir, digər tərəfdən isə cəfəngiyyat danışır və yeni çətinliklər yaradırlar. Bu, üzərində işlənilməli olan məsələlərdən biridir. Onlar (Ermənistan - İF) anlamalıdırlar ki, ərazilərin ilhaqı və işğalı siyasəti beynəlxalq əlaqələrə uyğun gəlmir”, - deyə E.Məmmədyarov vurğulayıb.*
F.İsazadə