Energetika Nazirliyi qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatına dair təkliflərin hazırlanması məqsədilə şirkət cəlb edir. Bu barədə nazirliyin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Yerinə yetiriləcək işlərin həcminə texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması daxildir.
Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini 21 may saat 12:00-dək təqdim etməlidirlər. Tender proseduru mayın 22-si saat 16:00-da baş tutacaq.
Telefon: (+99412) 598-16-53/54 (daxili: 1130), (+99450) 450-20-85. Əlaqələndirici şəxs: Gülnarə Nuriyeva.*
N.Abbasova