Nazirlər Kabineti sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq edib.
Müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
Yenilənmiş sürücülük vəsiqəsi motosiklet, kvadrisikl, trisikl, avtomobil, tramvay və trolleybusları idarə etmək hüququ verir.
Sürücülük vəsiqələrinin yeni nümunəsində nəqliyyat vasitələrini idarə etmək hüququ verən yeni kateqoriyalar öz əksini tapıb.*
R.Babayev