Prezident İlham Əliyev Asif Hüseynovu Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub. İ.Əliyev, həmçinin Asif Hüseynovun Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Novruz Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan başqa, Nizaməddin Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, Məhərrəm Quliyev isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.*
F.İsazadə