Prezident İlham Əliyev Göyçay rayonunda avtomobil yolunun tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 4,1 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolu dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə