Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 7-10 aprel tarixlərində Latviyaya ixrac missiyası təşkil edəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“23 Azərbaycan şirkətinin daxil olduğu ixrac missiyası Riqaya göndəriləcək. Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
İxrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən şirkətlər daxildir.
2018-ci ildə Azərbaycan 10 ölkəyə 11 ixrac missiyası təşkil edib.*
Ə.Məmmədov