2019-cu il martın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 778,6 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, 2019-cu ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 2,7% artıb.
Martda AMB-nin valyuta ehtiyatları 0,3% və ya $16,7 mln. artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.*
Ə.Məmmədov