İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın ödənilməsinə başlayıb.
“Bu gün 57 sahibkar bank kartı alıb. Onlara ümumilikdə 570 min manat məbləğində maddi yardım ödəniləcək”, - deyə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, aprelin 4-də maddi yardım almaq istəyən 93, bu gün isə 90 sahibkar müraciət edib.
“Gələn həftə maddi yardımın verilməsinin başa çatması planlaşdırılır”, - deyə nazir qeyd edib.
O əlavə edib ki, aprelin 6-da ziyan dəyməmiş malların inventarizasiyasına başlanılacaq.
Ş.Mustafayev, həmçinin deyib ki, 100 nəfərə yaxın sahibkar Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kredit almaq üçün müraciət edib.*
B.Rüstəmbəyov