Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov bu gün Moskvada ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Görüş zamanı nazirlər Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə ediblər”, – deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə də toxunublar.*
F.İsazadə