Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov aprelin 6-da Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edəcək.
“N.Sadıkovun səfəri Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə baş tutacaq”, - nazirlikdən bildiriblər.
Səfər çərçivəsində N.Sadıkov dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edəcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparacaq. **
F.İsazadə