Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar ilə Həsənov Raufun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib”, - məlumatda deyilir.
Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər. **
R.Babayev