Ermənistan prezidenti Armen Sarkisyan İordaniyada BMT-ninbaş katibi AntonioQuterreş ilə görüş zamanı Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun səylərinə qurumun yardım etməsinin vacibliyi barədə bəyan edib.
A.Sarkisyan və A.Quterreş Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Qarabağ nizamlanmasına dair Vyanada keçirilən görüşü alqışlayaraq qeyd ediblər ki, danışıqlara əsaslanan problemin sülh yolu ilə həllinə alternativ yoxdur. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat verir. **