Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“General-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə