Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 350 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank aprelin 8-də keçirilən hərracda 350 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 547,7 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 7,01% (aprelin 1-də 7,01%) təşkil edib”, - məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
A.Əzizov