Aprelin 22-dən etibarən “Turkish Airlines” aviaşirkəti Ankara-Bakı marşrutu ilə birbaşa reys açır. Bu barədə şirkətdən məlumat verilir.
Ankara-Bakı reysləri həftədə 3 dəfə: bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Geriyə reyslər çərşənbə axşamı, cümə axamı və şənbə günləri həyata keçiriləcək.
Ankaradan uçuş yerli vaxtla 23:45-də, Bakıya eniş 03:35-də, Bakıdan uçuş 04:30-da, Ankaraya eniş 06:20-də həyata keçiriləcək.
Məlumatda qeyd olunur ki, beləliklə “Turkish Airlines” Türkiyənin üç şəhərindən Azərbaycana birbaşa reyslər həyata keçirəcək. Reyslər 4 aeroportdan – ikisi İstanbul, biri Ankara və biri Antalyadan həyata keçiriləcək.
Hazırda “Turkish Airlines” həmçinin Azərbaycanın iki regionu – Gəncə və Naxçıvandan İstanbula uçuşlar həyata keçirir. **
B.Rüstəmbəyov