Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bu gün Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Aprelin 6-da Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Ocaqova ilə Rauf Həsənovun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.
Körpəyə Mehriban adı qoyulub.*
R.Babayev