Xarici İşlər Nazirliyinin dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə bu gün Monteneqronun Bakıda yeni təyin olunan müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib. Bu barədə XİN-dən məlumat verilib.
Z.Raduloviç Azərbaycanda diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubu P.Mirzəzadəyə təqdim edib.
Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
“P.Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb”, - XİN-dən qeyd olunub. **
F.İsazadə