İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 21,4% - 566 mln. manatadək artırılıb. Bu barədə Fonddan məlumat verilib.
“Fondun nizamnamə kapitalı 100 mln. manat artırılaraq 566 mln. manata çatıb”, - Fondun məlumatında qeyd olunur.
Bu vəsait (100 mln. manat - İF) 2019-cu ildə sosial ipotekanın verilməsinə yönəldiləcək.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
A.Əzizov