Prezident İlham Əliyev İran sakinlərinə 950 min manat (cari məzənnə ilə $558,8 min) məbləğində humanitar yardım göndərilməsi barədə tapşırıq verib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq. Bildirilib ki, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür”, - deyə FHN-in məlumatında bildirilir.*
F.İsazadə