Prezident İlham Əliyev “Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin tamam olması münasibətilə yubiley tədbirlərinin həyata keçirməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməklə bağlı tapşırıq verilib.*
B.Rüstəmbəyov