Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycanın dünyaca məhşhu yazıçısı Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət baçısının saytında məlumat verilir.
“Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilir”, - sərəncamın mətnində deyilir. Aprelin 7-də Çingiz Abdullayevin 60 yaşı tamam olub. **
R.Babayev