“SOCAR Aviation” şirkəti (“SOCAR Turkiye Enerji”nin törəmə strukturu) İstanbulun yeni hava limanı tərəfindən xidmət gözstərilən aviaşirkətlərin təyyarə yanacağı tədarükçüsü seçilib. Bu barədə SOCAR-dan məlumat verilir.
“SOCAR Aviation” İstanbul hava limanı tərəfidnən elan olunan tenderin qalibi olub. Şirkət 5 il ərzində İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək” , - ARDNŞ-dən qeyd edibər.
Həmçinin bildirilir ki, cari il ərzində “Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının 50%-i, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı “SOCAR Aviation” tərəfindən həyata keçiriləcək.
“Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60%-ni qarşılayacağı gözlənilir. STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 mln. ton təyyarə yanacağı istehsal edəcək. Bu da şirkətimizə bu bazarda öz mövqelərini daha da möhkəmləndirəcək”, - məlumatda “SOCAR Türkiye Enerji”nin ticarət üzrə direktoru Murad Ərdoğanın sözlərindən sitat gətirilir.
2013-cü ildə “SOCAR Aviation” İstanbulun Sabiha Gökçen və Atatürk hava limanı və ölkənin gir\ə aeroportlarını yanacaq ilə təchiz etməklə Türkiyənjin aviasiya sektoruna daxil olub. **
N.Abbasova