Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 25 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyev çərşənbə günü müvafiq sərəncam imzalayıb.
Bu vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
B.Rüstəmbəyov