“Bank BTB” ASC filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakıda iki yeni filial - “Sahil” və “28 May” filiallarını açıb. Bu barədə bankın məlumatında deyilir.
“Bank “Sahil” və “28 May” adlı şöbələrinin ləğv edilməsinə dair qərar qəbul edib və onların bazasında iki eyniadlı filial açıb”, - deyə məlumatda bildirilir.
Beləliklə, bankın filiallarının sayı 13-ə çatıb, şöbələrinin sayı isə 3-ə enib.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov