"Karat Holding" MMC 50 kiloqramlıq 1 kisə unun topdansatış qiymətini 1,9% ucuzlaşdırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“İdxal buğdasının alış qiymətində baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsi imkanı yaradıb və bununla əlaqədar unun topdansatış qiyməti aşağı salınıb.Topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq “Karmen” ununun topdansatış qiyməti 25,45 manat müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq.
“Karat Holding” Azərbaycanda un, qarabaşaq, makaron və digər məhsulların istehsalı və idxalını həyata keçirən ən iri şirkətlərdən biridir.*
Ə.Məmmədov