Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) milli məkan məlumatları informasiya sisteminin yaradılması və “Elektron hökumət” portalına inteqrasiyası üçün məsləhətçi seçir. Bu barədə komitənin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə şirkətlər (rezidentlər və qeyri/rezidentlər), konsorsiumlar/şirkətlər birlikləri iştirak edə bilər.
Tenderdə iştirak haqqı 1700 manatdır.
Tender üzrə işlər müqavilənin bağlandığı andan etibarən 12 ay ərzində yerinə yetirilməlidir.
Tender təklifləri 27 may saat 17:00-dək qəbul olunur. Tender proseduru 29 may saat 15:00-da baş tutacaq.
Telefon: (+99412) 490-24-08, əlavə 242.*
B.Rüstəmbəyov