Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının ikinci beynəlxalq konfransı keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
“Müdafiə Nazilriyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edir”, - məlumatda deyilir.
Tədbir zamanı nümayəndə heyətləri yarışların şərtləri və qaydalarını müzakirə edir, eləcə də müsabiqənin təşkil olunacaq ərazilərə baxış keçirirlər.
“Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır”, məlumatda vurğulanır.
“Beynəlxalq ordu oyunları - 2019” yarışları bu ilin avqustun 3-dən 17-dək keçiriləcək. **
R.Babayev