Azərbaycan Turizm Bürosu ölkədə mövcud palçıq vulkanları üzrə Eksperimental Mərkəzin yaradılması üzərində iş aparır. Bu barədə Büronun baş icraçı direktoru Florian Zenqstşmid bəyan edib.
“Biz fəaliyyətimizi yalnız bir isytiqamətdə məhdudlaşdırmırıq. Həmçinin, fəaliyyətimiz ölkənin regionlarını əhatə edir. Turistlər üçün palçıq vulkanları üzrə Eksperimental Mərkəzin yaradılması üzərində iş aparırıq”, - F.Zenqstşmid “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, bu Mərkəzin yaradılmasında məqsəd palçıq vulkanların dəyəri (faydası) barədə turuistlərin maarifləndirilməsidir. “Məqsədimiz regionlarda bütübn istiqamətlər üzrə turizmin inkişafıdır. Azərbaycanın turizm sahəsini ən mühüm və gəlirli sahələrdən birinə çevirməkdir”, - F.Zenqstşmid vurğulayıb.
Dünyada mövcud olan 700 palçıq vulkanından 300-ü Azərbaycandadır. Ən məşhur və ziyarət edilən palçıq vulkanları Qobustan şəhəri yaxınlığında yerləşir. Həmçinin Azərbaycanda dəniz palçıq vulkanları var. 140-dan artıq bu cür vulkan Xəzər dənizindədir. Bakı arxipelaqında 8 ada palçıq vulkanlarının fəaliyyəti nəticəsində meydana gəlib. **
F.İsazadə