Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərsu" ASC-yə 7 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Prezident İ.Əliyev müvafiq sərəncamı bu gün imzalayıb.
Bu vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.*
B.Rüstəmbəyov