Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun“Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina Matviyenko “Dostluq” ordeni ilə təltif edilib”, - deyə sərəncamın mətnində qeyd olunur.*
R.Babayev