2019-cu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7% - 1 mlrd. 276,8 mln. manatadək artıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 573,5 mln. manat (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 12,9%) təşkil edib.
Daxilolmaların 64%-i və ya 367,1 mln. manatı (artım 13,1%) özəl sektorun payına düşüb.
DSMF-nin 2019-cu il üçün gəlir və xərcləri 3 mlrd. 928 mln. 104 min manat məbləğində təsdiq edilib.**
N.Abbasova