20189-cu ilin birinci rübündə Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC-nin xərcləri $320 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
“2019-cu ildə beynəlxalq maliyyə institutları, qaz və kondensat satışı və bank faizləri formasında cəlb olunan vəsaitdən “Cənub Qaz Dəhlizi” QSC-nin daxilolmalrı $597 mln. həcmində qiymətləndirilir. 29 mart 2019-cu il tarixinə olan vəziyyətə görə, bu vəsaitin $320 mln.-u artıq CQD layihəsi çərçivəsində artıq sərf olunub”, - İ.Əhmədov qeyd edib.
O, həmçinin xatırladıb ki, hazırda CQD layihəsi ilkin olaraq $45 mlrd.-a qarşı $40 mlrd. həcmində qiymətləndirilir.
“Azərbaycan CQD-nin bütün seqmentləri üzrə maliyyə öhdəliklərinin 90%-dən çoxunu yerinə yetirib”, - İ.Əhmədov qeyd edib.
Öncə İ.Əhmədovun sözlərinə görə, 2019-cu ildə "Cənub Qaz Dəhlizi" QSC CQD layihəsi çərçivəsində təxminən $900 mln. məbləğində sərmayə qoymağı planlaşdırır.
2018-ci ilin dekabr ayının sonuna layihənin həyata keçirilməsinə ümumilikdə $9,6 mlrd. sərmayə qoyulub. 2020-ci ilədək CQD layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC-nin payına düşəcək xərclərin ümumi həcmi $11,5 mlrd. məbləğində qiymətləndirilir.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
N.Abbasova