Azərbaycan və Rusiya Müdafiə Nazirliklərinuin nümayəndələri cümə günü Bakıda Silahlı qüvvələrin maliyyə təminatı məsələlərini müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib”, - məluatda deyilir.
Görüşdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib. **
R.Babayev