Beynəlxalq kredit reytinqi agentliyi "Moody`s Investors Service" cümə günü Azərbaycanın uzunmüddətli emitent və təminatsız borc reytinqini "Ba2" səviyyəsində təsdiq edib.
Agentliyin məlumatında deyilir ki, reytinq üzrə proqnoz "sabit" kimi saxlanılıb.
“Moody`s”in ekspertləri qeyd edirlər ki, reytinqin təsdiq olunmasını əsas amilləri aşağıdakılardır: cari büdcə islahatlarına əsaslanan hökumətin artan təmiz kreditor mövqeyi; bank sektorunda risklərin tədricən azalması; iqtisadiyyatın şaxələndirilməsinin məhdud perspektivləri və mümkün şoklara iqtisadiyyatın cavab vermək qabiliyyətini azaldan institusional məhdudiyyətlər.
“Moody`s”in gözləyir ki, Azərbaycanın ümumi dövlət borcu 2018-ci ildə ÜDM-in 33%-dən 2020-ci ilədək ÜDM-in 29%-dək azalacaq.
“Ötən il Azərbaycan dövlət xərclərini məhdudlaşdıran qaydaları qəbul edib. Bu qaydalar hökumətin karbohidrogenlərin ixracından gəlirlərdən asılılığın, illik qeyri-neft kəsirinin azalması, neftin aşağı qiyməti və ya iqtisadi artımın mühüm dərəcədə sürətinin azalması zamanı kontrsiklik xərcələrin yol verilməsinə yönəldilib. 2018-2025-ci illər üçün uzunmüddətli borc strategiyası birbaşa dövlət borcunun azalmasına yönəlib və yeni birbaşa borcun yaranması və yeni zəmanətlərin verilməsinə məhdudiyyət qoyur”, - agentliyin məlumatında deyilir.
Agentlik ortamüddətli perspektivdə Azərbaycanın karbohidrogen sektorundan asılılığının mühüm dərəcədə dəyişəcəyini gözləmir. “Moody`s”in analitiklərinə əsasən, ötən il sektor ümumi ixracın 90%-dən çoxunu, sənaye istehsalının 75%-ni, birləşdirilmiş dövlət gəlirlərinin 60%-ə yaxınını təmin edib.
““Moody`s”in qiymətləndirdiyi karbohidrogen istehsalçı ölkələr arasında neft-qaz sektprundan asılılıq ən yüksək səviyyədədir. Gəlirlərin daha aşağı səviyyədə olması və daha iri hımcdə karbohidrogen istehsal edən ölkələrlə müqayisədə iqtisadiyyatın kiçik həcmi Azərbaycanın iqtisadi sabitliyini daha da məhdudlaşdırır”, - agentliyin mütəxəssisləri qeyd edirlər. **
Ə.Məmmədov