Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 2020-ci il üçün dövri ziyarət proqramını təsdiq edib. Bu proqram çərçivəsində Azərbayana səfər planlaşdırılır.
“Aprelin 9-da Komitə 2020-ci il dövri ziyarət proqramı barədə elan edib. Komitə aşağıdakı ölkələrdə azadlıqdan məhrum edilən şəxslərlə davranış məsələlərini nəzərdən keçirmək niyyətindədir: Azərbaycan, Finlandiya, Almaniya, Moldova, Monako, Serbiya, İspaniya və İsveç”, - AŞ-nın mətbuat xidmətinin məlumatında deyilir.
Bu ölkələrə səfərlərin müddəti şəraitdən asılı olacaq. **
A.Əzizov