Rusiya gənclər və tələbə mübadilələrinin genişləndirilməsində maraqlıdır və azərbaycanlı tələbələr üçün dövlət təqaüdünün sayını artıra bilər. “Parlamentskaya qazeta”nın məlumatına görə, bunu Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.
V.Matviyenko bildirib ki, Rusiyanın aparıcı universitetlərindən biri olan və prezident İlham Əliyevin də təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Bakıda filialını açmağa hazırdır.
Federasiya Şurasının sədri Azərbaycanda rus dilinin inkişafı üçün göstərilən səylərə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezident onun salamlarını sizə çatdırmağı və rus dilinin inkişafı üçün şəraitin yaradılmasına görə təşəkkür etməyi tapşırıb. Bu, sadəcə iltifat deyil – siz rus dilində ünsiyyət qurmaq istəyən Azərbaycan sakinlərinə dəstək olursunuz", - deyə V.Matviyenko vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda 3 mindən artıq məktəb və 27 universitet fakültələrində tədrisin rus dilində aparılması bunun əsaslı sübutudur.*
R.Babayev