"Kapital Bank"ın strukturunda dəyişikliklər və bir sıra yeni təyinatlar olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Hüquq departamentinin adı dəyişərək Hüquq və komplayens departamenti, IT innovasiya və inkişaf departamenti isə İnformasiya sistemlərinin inkişafı departamenti olub”, - deyə məlumatda bildirilir.
Müştəri menecmenti departamentinin direktoru Samir Məmmədov baş marketinq inzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev baş komplayens inzibatçısı vəzifəsinə təyin olunub. IT infrastruktur departamentinin direktoru Renad Cəfərov Bank sistemlərinin idarə edilməsi departamentinin direktoru, Bank məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və orta sahibkarlarla iş departamentinin, Tural Ayvazlı isə Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru təyin olunub.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
Ə.Məmmədov