Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Bakı ilə Moskva arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər. Bu barədə regionlar palatasının mətbuat xidməti məlumat verir.
“Tərəflər ikitərəfli münasibətlər, regional və beynəlxalq mövzulara dair məsələlərin geniş spektrini müzakirə ediblər”, - məlumatda deyilir.
Bundan əlavə, həmsöhbətlər Azərbaycan və Rusiya arasında əməkdaşlığın mədəniyyət-humanitar aspektlərinə toxunublar.
Görüş cümə günü Bakıda baş tutub. **
F.İsazadə