Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Varvara Balıq" ASC-nin səhmlərinin 100%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Komitədən məlumat verilib.
ASC-nin 1 mln. 509 min səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlıər.
Müsabiqə işttirakçıları tərəfindən hazırlanan investisiya proqramı müəssisənin bərpası və fəaliyyətinin geişləndiirlməsinə yönəldilməlidir. Proqrama mövcud və yeni tikililərin bərpası, balıqartırma üzrə yeni texnologiyaların tətbiqi, buraxılan məhsulun çeşidinin artırılması, infrastrukturun yaxşılaşdırılması, ən azı 150-dək yeni iş yerinin açılması daxil olmalıdır.
İddiaçılar ƏMDK-ya azı 5 mln. manatlıq investisiya proqramı təqdim etməlidir.
Müsabiqənin qalibi dövlət büdcəsinə ən azı 1,25 mln. manat pul ödəməlidir.
Səhmlərin alqı-satqı müqaviləsi imzalandığı tarixdən etibarən 2 ay ərzində təklif edilən investisiyanın 5%-i qədər pul vəsaitinin səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməlidir.
Müsabiqə üzrə təkliflərin qəbulu 15 may 2019-cu il tarixinədək qəbul olunur. Təkliflərin qiymətləndirilməsi mayın 17-də baş tutacaq.
“Varvara Balıq” 1956-cı ildə yaradılıb, Yevlax rayonunun Varvara kəndində yerləşir. Hazırda müəssisədə 18 nəfər çalışır.
12 aprel 2019-cu il tarixinə müəssisənin nizamnamə kapitalı 3,018 mln. manat təşkil edir və hər birinin nominal dəyəri 2 manat olan 1,509 milyon ədəd səhmə bölünüb.
Qeyd olunan tarixə müəssisənin öhdəlikləri 3,898 min manata bərabərdir, həmçinin əməkdaşların əmək haqqları üzrə borclar 3,737 min manat təşkil edir. **
B.Rüstəmbəyov