1 yavar 2020-ci ilə qədər Azərbaycana işıqlandırıcı və texniki məqsədlər üçün kerosin idxalı gömrük rüsumlarından azad edilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilir.
Nazirlər Kabineti 12 aprel 2019-cu il tarixində müvafiq qərar qəbul edib.
“Azərbaycana KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin idxalına 15% həcmində gömrük rüsumu tətbiq olunacaq. Lakin 1 yanvar 2020-ci il tarixinədək bu növ kerosinin ölkəyə idxalına gömrük rüsumu 15%-dən - 0%-dək endirilib”, - Nazirlər Kabinetinin qərarında qeyd olunur.
Sənədə əsasən, ölkəyə reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxalına 0%, reaktiv mühərriklər üçün digər yanacağa 15% həcmində gömrük rüsumu tətbiq olunacaq.
Nazirlər Kabinetinin digər qərarına əsasən, Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilib.
Xüsusilə, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün 1 manat, reaktiv mühərriklər üçün digər yanacaq 1 ton üçün 80 manat, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin 1 ton üçün 1 manat, digər məqsədlər üçün kerosin 1 ton üçün 80 manat təşkil edəcək.
Aksizlər üzrə qeyd olunan dərəcələr dərc edildiyi gündən (14 aprel 2019-cu il) 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. **
N.Abbasova