Baş nazir Novruz Məmmədov Bakı və Vaşinqtonun beynəlxalq terror və narkotiklərin qanunsuz yayılmasına qarşı mübarizədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq etdiyini qeyd edir.
"Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq qurulub. O cümlədən biz narkotiklərin qanunsuz yayılması və beynəlxalq terrora qarşı birgə mübarizə aparırıq", - deyə N.Məmmədov bu gün Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın açılışında bildirib.
O qeyd edib ki, Azərbaycan Vaşinqtonun beynəlxalq antiterror koalisiyasına qoşulmaqla bağlı çağırışına birinci cavab verən dövlətlərdən biridir.
"Terror təşkilatları narkotiklərin satışından əldə etdikləri mənfəəti müxtəlif növ silahların alınmasına və terror fəaliyyətinin maliyyələşdirilməsinə yönəldir. Hesab edirəm ki, konfransımız narkotiklər və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində beynəlxalq səylərin artırılmasına xidmət edəcək", - deyə baş nazir vurğulayıb.*
R.Babayev