2018-2019-cu illərdə Azərbaycanın gömrük orqanları tərəfindən 1,714 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bunu baş nazirin müavini Əli Həsənov deyib.
“Son 15 ay ərzində gömrük orqanları tərəfindən 1,714 ton narkotik vasitə, o cümlədən 1,468 ton heroin müsadirə edilib”, - deyə o, bu gün Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda bildirib.
Ə.Həsənov qeyd edib ki, statistik məlumatlara görə, beynəlxalq narkotik kartellərin illik gəliri 400 mlrd. dolları ötür, dünyada 275 mln. vətəndaş narkotik istifadəçisidir, il ərzində 450 min nəfər isə narkotikin qurbanına çevrilir.
Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, cari ilin yanvar-mart aylarında gömrük orqanları 520 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Onun sözlərinə görə, hesabat dövründə istintaq orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 cinayətkar qrupla bağlı cinayət işləri araşdırılıb.*
R.Babayev