Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 336,1 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank aprelin 15-də keçirilən hərracda 350 mln. manat cəlb etməyi planlaşdırsa da, 336,1 mln. manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 7,7% (aprelin 8-də 7,01%) təşkil edib”, - məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.
B.Rüstəmbəyov