Moskvada Qarabağ münaqişəsinin həllinə dair Ermənistan, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan, Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş keçirilir. Bu barədə “İnterfaks”a Ermənistan XİN-dən məlumat verilib.
Nazirlikdən qeyd ediblər ki, əvvəl bazar ertəsi Moskvada Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında ikitərəfli görüş baş tutub.
Öncə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib ki, görüşdə həmçinin ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri iştirak edəcəklər.
Azərbaycan və Ermənistan XİN başçılarının son görüşü 29 mart 2019-cu il tarixində Vyanada keçirilib. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə təşkil olunmuşdu. **