Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu ilin I rübündə müəssisələrin səhmlərinin satışı üzrə 4 investisiya müsabiqəsi elan edib. Bu barədə Komitədən məlumat verilir.
“ƏMDK I rübdə elan olunan müəssisələrin səhmlərinin satışı üzrə 4 investisiya müsabiqəsi vasitəsilə onlara 35 mln. manat məbləğində investisiya cəlb etməyi ümid edir”, - Komitədən bildiriblər.
Bundan əlavə, həmin müəssisələrdə 600 yeni iş yerinin açılması planlaşdırılır.
Məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında ƏMDK tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə 42 hərrac keçirilib. “Bu dövr ərzində 260 dövlət obyekti, həmçinin torpaq sahələri və nəqliyyat vasitləri özəlləşdirilib”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov