Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin həllinə həsr olunmuş görüş keçirilir.
“Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş davam edir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin «twitter» mikrobloqunda qeyd olunur.
Qeyd edək ki, bu gün Moskvada E.Məmmədyarov, Z.Mnatsakanyan və Rusiya XİN başçısı Sergey Lavrov arasında münaqişənin həllinə dair görüş keçirilib.*
F.İsazadə